"Beşiktaş"ı İstanbulun digər klubuna dəyişdi

19:11 - 28 Sentyabr 2022

Mövsümün sonunda "Beşiktaş"dan ayrılan Adem Lyaiçin yeni klubu məlum olub.

 

Sportal.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi karyerasını yenə Türkiyədə davam etdirəcək. Serbiyalı futbolçu "Fatih Karagümrük"ə transfer olunub.

 

Məlumatı İstanbul təmsilçisinin mətbuat xidməti yayıb. Təcrübəli oyunçu ilə yanvar ayından qüvvəyə minəcək 1,5 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, Adem Lyaiç 2018-2022-ci illərdə "Beşiktaş"da çıxış edib. O, "qara qartallar"ın heyətində meydana çıxdığı 85 matçda 18 qol və 26 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti