Məşhur sayt "Səbail"i Ermənistan klubu kimi təqdim etdi - FOTO

Məşhur "Transfermarkt" portalının rəsmi feysbuk hesabı "Səbail"i Ermənistan klubu kimi təqdim edib.

Sportal.az xəbər verir ki, səhifə 4 məşhur futbolçunun son klublarının düzgün tapılması ilə bağlı etdiyi paylaşım edib. Didye Droqba, Maykl Esyen, Samuel Eto və David Vilyanın şəklinin paylaşıldığı posda "Səbail" Ermənistan klubu kimi göstərilib.

 

Qeyd edək ki, Maykl Esyen 2019-cu ilin mart ayından 2020-ci ilin sentyabrına kimi "Səbail"də çıxış edib.

 

Tarix: 2 Oktyabr [12:59]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
30 Noyabr 2022
29  Noyabr 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio