"Qarabağ"ın rəqibinin qapıçısı əməliyyat edildi

11:17 - 5 Oktyabr 2022

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən "Olimpiakos"un qapıçısı Tomaş Vaçlik əməliyyat edilib.

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 33 yaşlı qapıçı sağ çiynindən uğurlu əməliyyat keçirib. Çexiyalı 3 ay sonra məşqlərə başlayacaq. 

O, Çexiya millisinin heyətində Millətlər Liqasının İsveçrəyə qarşı (1:2) matçında zədələnib.

Oktyabrın 6-da "Georgios Karaiskakis" stadionunda keçiriləcək "Olimpiakos" - "Qarabağ" qarşılaşması Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Xəbər xətti