İspaniya klubu baş məşqçisini istefaya göndərdi

09:57 - 6 Oktyabr 2022

"Sevilya" Xulen Lopeteqini istefaya yollayıb.

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, klub rəhbərliyi Çempionlar Liqasının üçüncü turunda "Borussiya"ya (Dortmund) 1:4 uduzduqdan dərhal sonra Lopeteqi ilə yollarını ayırıb.

O, 2019-cu ilin yayında "Sevilya"ya baş məşqçi təyin edilmişdi.

Əndəlusiya təmsilçisinin Fatih Terimlə anlaşdığı bildirilir.

Xəbər xətti