"Sevilya"nın yeni baş məşqçisi bəlli oldu

18:42 - 6 Oktyabr 2022

İspaniyanın "Sevilya" klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.

 

Sportal.az xəbər verir ki, Əndəlus təmsilçisini Xorxe Sampaoli çalışdıracaq. Bu barədə La Liqa klubunun mətbuat xidməti məlumat yayıb.

 

Argentinalı mütəxəssislə 2024-cü ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

 

Qeyd edək ki, son iş yeri "Marsel" olan Xorxe Sampaoli "Sevilya"nın baş məşqçisi postunda Julyen Lopeteqini əvəz edib.

Xəbər xətti