Dünya çempionatında qrup mərhələsində mübarizəyə yekun vurulub.
Sportal.az xəbər verir ki, G qrupunda Braziliya və Kamerun milli komandaları üz-üzə gəlib. Qarşılaşma Afrika təmsilçisinin minimal hesablı qələbəsiylə başa çatıb.
Məğlubiyyətə baxmayaraq, Braziliya yığması 6 xalla qrupu lider tamamlayıb və 1/8 finala yüksəlib. 4 xalı olan Kamerun isə mundialla vidalaşıb.
Kamerun - Braziliya 1:0
Qol: Vinsent Abubakar, 90+2