Nazir paralimpiyaçılarla görüşdü

Gənclər və idman naziri Fərid Qayıbov dekabrın 7-də Sumqayıtda Paralimpiya İdman Kompleksinin mövcud vəziyyəti ilə tanış olub, onun fəaliyyəti ilə maraqlanıb.

Sportal.az xəbər verir ki, kompleksin imkanlarından daha səmərəli istifadə edilməsi barədə fikir mübadiləsi aparıb və müvafiq tövsiyələr verib.

Fərid Qayıbov burada paralimpiyanın üzgüçülük, cüdo, kamandan oxatma, ağırlıqqaldırma, voleybol növləri üzrə bölmələrdə məşq edən idmançılarla görüşüb, onların məşq proseslərini izləyib. Para-kamandan oxatma üzrə keçirilən yarışın qaliblərinin mükafatlandırılmasında iştirak edib.

Tarix: 8 Dekabr [18:57]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
2 Fevral 2023
1  Fevral 2017
© 2012 - 2023 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio