PSJ-nin qapıçısı Premyer Liqa klubunda - RƏSMİ

13:38 - 1 Fevral 2023

İngiltərənin "Nottingem Forest" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi PSJ-nin qapıçısı Keylor Navası transfer edib. Bu barədə "meşəbəyilər"in rəsmi saytı məlumat yayıb. 36 taşlı "əlcək sahibi" mövsümün sonuna kimi icarə əsasında "Nottingem Forest"də çıxış edəcək.

 

Qeyd edək ki, PSJ Keylor Navası 2019-cu ilin yayında "Real"dan transfer edib. Təcrübəli qapıçı cari mövsümdə parislilərin heyətində 2 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti