"Qarabağ"ın rəqibi nigeriyalı hücumçu transfer etdi

14:28 - 1 Fevral 2023

Avropa Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Gent" heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, Belçika klubu Norveç "Stabek"indən Emmanuel Urbanı transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Nigeriyalı forvardla imzalanan müqavilənin detalları açıqlanmayıb.

 

Qeyd edək ki, Emmanuel Urban mövsümün əvvəlindən "Stabek"də çıxış edir. 20 yaşlı hücumçu komandanın heyətində meydana çıxdığı 24 matçda 19 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti