FİFA transfer qadağası qoydu, "Qarabağ" bu legioneri ala bilmədi

16:17 - 3 Fevral 2023

"Qarabağ"ın növbəti transfer həmləsi "daşa dəyib".

Sportal.az xəbər verir ki, "Tondela" Telmu Arkanjunu Azərbaycan çempionuna satmaqdan imtina edib.

"Köhlən atlılar" Kabo-Verde yığmasının yarımmüdafiəçisinə 4 illik müqavilə təklif edib. Afrikalı legioner şəxsi kontrakt şərtlərinə "okey" verib, lakin onun məxsus olduğu Portuqaliya klubu anlaşmanın rəsmiləşməsinə "yox" deyib.

Səbəb "Qarabağ"ın irəli sürdüyü şərtlər deyil. Problem ondadır ki, FİFA "Tondela"ya transfer qadağası qoyub. Dünya futbol qurumu keçmiş futbolçularına olan borcunu ödəmədiyi üçün Portuqaliya klubuna belə bir yasaq gətirib. Odur ki, "Tondela" daha bir aparıcı oyunçusunun düşərgədən ayrılmasına müsbət yanaşmayıb.

"Belenseneş"in yetirməsi 2019-cu ildən "Tondela"nın formasını geyinir və meydana çıxdığı 26 matçda hələ qol vurmayıb.

Sportinfo.az

Xəbər xətti