PSJ portuqaliyalını baş məşqçi postuna gətirir

17:20 - 25 May 2023

"Roma"nın baş məşqçisi Joze Mourinyo yeni mövsümə böyük ehtimalla İtaliyada başlamayacaq.

Sportal.az "L'Equipe" nəşrinə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis PSJ-ni çalışdırmağa hazırlaşır.

Paris klubunun rəhbərliyi onu Kristof Qaltye ilə əvəzləmək istəyir. 60 yaşlı mütəxəssis “Roma”nı Avropa Liqasının finalında “Sevilya”ya ilə oyuna çıxaracaq. Bundan sonra isə o, agenti ilə birlikdə PSJ rəsmilərilə masa arxasına oturacaq.

Mourinyo “Benfika”, “Çelsi”, “İnter”, “Real”, “Mançester Yunayted”, “Tottenhem” klublarını çalışdırıb.
 

Xəbər xətti