Legioner həyatı yaşayan futbolçumuz: "Komanda uduzdu deyə, vurduğum qola sevinə bilmədim"

20:33 - 25 May 2023

Litvanın "Yonava" klubunda çıxış edən Nurlan Novruzov birinci liqada qol hesabını açmağı bacarıb.

Sportal.az xəbər verir ki, 10-cu turda "Baltiyos"a 1:2 uduzduqları görüşdə komandasının yeganə qolunu vuran Novruzov saytımıza açıqlama verib.

30 yaşlı hücumçu vurduğu qola görə sevincli olduğunu dilə gətirsə də, komandasının məğlubiyyətinə üzüldüyünü bildirib:

"Bir neçə gün idi ki, xəstə idim. Ona görə də, heç məşq edə bilmirdim. Matça bir gün qalmış məşqlərə başladım. Oyuna da sonradan daxil oldum və qolumu vurdum. Əlbəttə ki, qol hesabımı açmağım sevindiricidir. Amma komandam uduzdu deyə, o qədər sevinə bilmədim. Çalışacam ki, növbəti görüşlərdə də qol vurum və komandam qalib gəlsin. Ümidvaram ki, "Yonava"da yaxşı işlər görə biləcəyik".

Xəbər xətti