Sabiq klubundan irqçiliyə məruz qalan "Real"lıya dəstək - FOTO

13:36 - 27 May 2023

Braziliyanın "Flamenqo" klubu rəsmi saytı vasitəsilə ölkə çempionatının növbəti oyununda "Real"ın (Madrid) futbolçusu Vinisius Juniora dəstək olaraq xüsusi formada çıxış edəcəklərini açıqlayıb.

Sportal.az xəbər verir ki, klubun titul sponsorunun loqosunun əvəzinə formanın ortasında "Biz hamımız Vinisiusun yanındayıq" sözləri yazılıb. Aksiya “Real”ın braziliyalı futbolçusunun məruz qaldığı irqçiliklə mübarizə məqsədi daşıyır. Klub Vinisiusa dəstək məqsədilə "Kruzeyro" ilə görüşdə da bir sıra aksiyalar keçirməyi planlaşdırır. Ancaq futbolçuya dəstək yazısı olan köynəklər ilkin olaraq satılmayacaq.

Xatırladaq ki, Vinisius La Liqanın 35-ci turunun “Valensiya” ilə oyununda (0:1) irqçi təhqirlərin qurbanı olmuşdu. Braziliyalı hücumçuya bir çox futbol ulduzu dəstək olub.

22 yaşlı futbolçu "Flamenqo" yetirməsidir və 2018-ci ildə bu klubdan "Real"a keçmişdi.

Xəbər xətti