"Çelsi"nin yeni baş məşqçisi bəlli oldu

17:34 - 28 May 2023

İngiltərənin "Çelsi" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisini Maurisio Poçettino çalışdıracaq. Bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb. London klubu argentinalı mütəxəssislə 2026-cı ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.

"Çelsi"ni hazırda Frenk Lempard çalışdırır. İngilis məşqçi mövsüm bitdikdən sonra postunu tərk edəcək.

Qeyd edək ki, Maurisio Poçettino son olaraq PSJ-yə rəhbərlik edib. O, 2022-ci ilin yayında Fransa klubundan ayrılıb.

Xəbər xətti