"Neftçi"yə məxsus olan futbolçu: "Mövsüm istədiyimiz kimi alındı"

16:14 - 29 May 2023

"Turan Tovuz"un yarımmüdafiəçisi Xəyal Nəcəfov Sportal.az saytına açıqlama verib.

Yarımmüdafiəçi komandasının bu mövsümkü çıxışını dəyərləndirib: "Mövsüm istədiyimiz kimi alındı. Əslində, altıncı 6-cı yer pis deyil. Kubokda da yarımfinala çıxdıq. Təbii ki, daha yaxşı Xəyal görə bilərdik. Çox şey özümdən asılıdır. Əlindən gələni etməyə çalışıram. Olmayanda, olmur. Yeni mövsümdə yeni Xəyal görəcəksiz".

Bununla yanaşı, müqavilə ilə “Neftçi”yə məxsus olan yarımmüdafiəçi yeni mövsümlə bağlı planlarından söz açıb: "Turan Tovuz"da oynamaqdan məmnunam. Gələcəklə bağlı oturub danışacağıq. İndidən dəqiq nəsə deyə bilmərəm".
 

Xəbər xətti