"Qalatasaray" məşhur futbolçunu istəyir

18:28 - 29 May 2023

Türkiyənin "Qalatasaray" klubu hücum xəttini yeni futbolçu ilə gücləndirmək istəyir.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Torindo"da çıxış edən Lorenso İnsine ilə maraqlanır. Bu barədə "Calcioweb" məlumat yayıb. Kanada klubundan ayrılmaq istəyən 32 yaşlı vinger "sarı-qırmızılar"ın təklifinə isti yanaşır.

Qeyd edək ki, Lorenso İnsine "Napoli" ilə müqaviləsi başa çatdıqdan sonra ötən ilin yayında azad agent statusu ilə "Toronto"ya keçib. İtaliyalı futbolçu MLS təmsilçisinin heyətində meydana çıxdığı 9 rəsma matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti