Benzemaya fantastik təklif

19:19 - 29 May 2023

"Real"la müqaviləsi mövsümün sonunda başa çatan Kərim Benzema komandadan ayrıla bilər.

Sportal.az İspaniya mətbuatına xəbər verir ki, "kral klubu" ilə sözləşməsini hələ də uzatmayan fransalı forvard cəlbedici təklif alıb.

Səudiyyə Ərəbistanı klublarından biri 35 yaşlı futbolçuya illik 100 milyon avro maaş olmaqla 2 illik müqavilə təklif edib. Təcrübəli futbolçu təklifi düşünmək istədiyi üçün hələ ki, Madrid təmsilçisi ilə müqaviləsini uzatmır.

Qeyd edək ki, Kərim Benzema cari mövsümdə "Real"ın heyətində meydana çıxdığı 42 rəsmi matçda 30 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti