İkardidən gələcəyi ilə bağlı açıqlama

19:35 - 31 May 2023

"Qalatasaray"ın hücumçusu Mauro İkardi gələcəyi haqda danışıb.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisində icarə əsasında çıxış edən argentinalı forvard müqavilə ilə məxsus olduğu PSJ ilə danışıqlar aparılmalı olduğunu bildirib:

"Fənərbaxça" ilə derbi matçında qələbə qazanmalıyıq. Ondan sonra tətilə gedəcəyəm. PSJ ilə müqaviləm var. Onlarla danışıq aparmaq lazımdır. "Qalatasaray"ı çox sevirəm. Amma müzakirə aparılmalı çox şey var".

Qeyd edək ki, "Qalatasaray" Mauro İkardini mövsümün əvvəlində PSJ-dən icarəyə götürüb. 30 yaşlı hücumçu "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 25 rəsmi matçda 22 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti