68 yaşlı məşqçi Premyer Liqanı tərk edən klubda qalmadı

10:07 - 2 İyun 2023

Sem Ellardays “Lids”i tərk edib.

Sportal.az “Daily Mail”ə istinadən xəbər verir ki, bu qərarı ingilis mütəxəssis cümə axşamı klub rəhbərliyi ilə danışıqlardan sonra verib.

Adıçəkilən mütəxəssis “Lids”də cəmi bir ay işləyə bilib. O, komandanın Premyer Liqanı tərk etməsinin qarşısını ala bilməyib. Yeni mövsümdən "Lids" Çempionşipdə mübarizə aparacaq.

 

Xəbər xətti