Ölkəmizdə oynamış legioner Xviça haqda: "İstedadlı oyunçularımız çoxdur, peşəkarlıq yetərincə deyil"

15:50 - 3 İyun 2023

"İnter" (indiki "Şamaxı") və Gürcüstan millisinin sabiq müdafiəçisi Laşa Salukvadze "Napoli"nin yarımmüdafiəçisi Xviça Kvaratsxeliyanın İtaliya A seriyasının ən yaxşı oyunçusu seçilməsinə münasibət bildirib.

Sportal.az "Metaratings"ə istinadən xəbər verir ki, veteran futbolçu həmyerlisinin uğurlu mövsüm keçirməsini şərh edib:

"Bunu gözləyirdik, o, çox yaxşı oynadı. Əla ilk mövsüm keçirdi və komandası çempion oldu. "Dinamo"da birlikdə oynamışıq, o, əsas komandada yeni-yeni çıxış etməyə başlayırdı. İstedadlı futbolçu olduğu dərhal görünürdü. Sonra “Lokomotiv”də Yuri Syominin yanında oldu. Xviçanın böyük istedadı var, tez bir zamanda özünü üzə çıxardı, çünki Rusiyadan sonra İtaliyada çıxış etməyə başladı. Bu isə elə də asan deyil. Belə nümunələr gənclər üçün çox vacibdir. Xviça təkcə istedada malik deyil, o həm də, işləməyi sevir. Məşqdən sonra qalıb işləyirdi. Əgər işləməsən, istedad yetərli olmur. Gürcüstanda istedadlı oğlanlar çoxdur, amma peşəkarlıq yetərincə deyil. Bu, bizim üçün çox vacibdir, bir çox gənc oğlanlar onun nümunəsinə baxır və futbolçu olmaq istəyirlər. Ümid edirik ki, Xviça kimi daha çox istedadlı uşaqlar çıxacaq".

41 yaşlı futbolçu “Dinamo”(Tbilisi), “Rubin”, “Vikqa”, “Dila”, “SKA-Energiya”da oynadıqdan sonra 2013-cü ildə “İnter”ə keçmiş və üç il Bakı təmsilçisinin oyunçusu olmuşdu.

Xəbər xətti