Polşa klubu azərbaycanlı futbolçunu heyətinə qatmağı planlaşdırır

12:43 - 5 İyun 2023

"Eyüpspor"un maraq dairəsində olan Ruslan Hacıyev karyerasını Polşada davam etdirmək şansına sahibdir.

Sportal.az saytına verilən məlumata görə, menecerlər onu Polşanın "Zaqlembe Sosnoveç" klubuna təklif edib. Adıçəkilən klubdan 25 yaşlı futbolçuya maraq göstərilib.

Maliyyə məsələlərində razılıq əldə edilərsə, onun bu kluba keçidi an məsələsi olacaq.

Xəbər xətti