"Real"dan transfer bombası - RƏSMİ

19:50 - 7 İyun 2023

İspaniyanın "Real" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, Madrid təmsilçisi "Borussiya"nın yarımmüdafiəçisi Cud Bellingemi rənglərinə bağlayıb. Bu barədə Almaniya klubunun rəsmi saytı məlumat yayıb.

"Real"ın 19 yaşlı futbolçu üçün dortmundlulara 103 milyon avro və əlavə bonuslar ödəyəcəyi gözlənilir. "Kral klubu" gənc oyunçu ilə 6 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, "Borussiya" Cud Bellingemi 2020-ci ilin yayında "Birmingem"dən transfer edib. İngiltərə millisinin üzvü son mövsümdə Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 42 rəsmi matçda 14 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti