"Dinamo"da Mahir Emrelinin komanda yoldaşı olan Bruno Petkoviç karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, 29 yaşlı hücumçunun xidmətində "Trabzonspor" maraqlıdır. Zaqreb təmsilçisinin yeni müqavilə təklifini qəbul etməyən xorvatiyalı forvardın Qara Dəniz təmsilçisinə keçidi real görünür.
"Dinamo" Çempionlar Liqasının III təsnifat mərhələsinin AEK-lə oyunlarından sonra futbolçunu satmağı planlaşdırır. Keçidin 4-5 milyon avro qarşılığında baş tutacağı bildirilir.
Qeyd edək ki, "Dinamo" Bruno Petkoviçi 2019-cu ilin yayında "Bolonya"dan transfer edib. Xorvatiya millisinin üzvünün klubla müqaviləsi gələn ilin yayında bitir.