Eder Militao uzunmüddətli zədələndiyi üçün "Real" heyətini yeni müdafiəçi ilə gücləndirməyi planlaşdırır.
Sportal.az xəbər verir ki, Madrid təmsilçisi "Mançester Yunayted"də çıxış edən Harri Maquayrın xidmətində maraqlıdır. Bu barədə "Relevo" nərşi məlumat yayıb.
"Kral klubu" yaxın günlərdə 30 yaşlı mərkəz müdafiəçisi üçün İngiltərə klubuna rəsmi təklif göndərəcək.
Qeyd edək ki, "Mançester Yunayted" Harri Maquayrı 2019-cu ilin yayında "Lester Siti"dən transfer edib. İngiltərə millisinin üzvü "qırmızı şeytanlar"ın heyətində meydana çıxdığı 175 rəsmi matçda 7 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.