"Çelsi"nin daha bir futbolçusu zədələndi

19:11 - 8 Sentyabr 2023

İngiltərənin "Çelsi" klubunun heyətində növbəti itki baş verib.

Sportal.az xəbər verir ki, London təmsilçisinin yeni transferi Romeo Lavia sıradan çıxıb. Belçikalı yarımmüdafiəçi komandanın məşqi zamanı ayaq biləyindən xəsarət alıb.

"Çelsi"nin oyunçuları Kristofer Nkunku, Uelsi Fofana, Riis Ceyms və Benua Badyaşil də zədəlidir.

Qeyd edək ki, "Çelsi" Romeo Lavianı yay transfer pəncərəsi zamanı "Sauthempton"dan transfer edib.

Xəbər xətti