Millinin baş məşqçisi istefaya göndərilir

18:43 - 13 Sentyabr 2023

Polşa milli komandası baş məşqçi Fernando Santosun gələcəyi ilə bağlı qərar verib.

Sportal.az xəbər verir ki, Polşa Futbol Federasiyası portuqaliyalı mütəxəssisi istefaya göndərəcək. Bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb.

69 yaşlı məşqçinin qovulmasının səbəbi yığmanın uğursuz nəticələridir. Onun sözləşməsinə yaxın günlərdə xitam veriləcək.

Qeyd edək ki, Fernando Santos bu ilin yanvar ayından Polşa millisini çalışdırır. Komanda onun rəhbərliyi altında keçirdiyi 6 rəsmi oyunda 3 qələbə qazanıb, 3 dəfə isə meydanı məğlub tərk edib.

Xəbər xətti