Bəxtiyarın komandası Boluda məğlub oldu - VİDEO

10:33 - 23 Sentyabr 2023

Türkiyə birinci liqasında 6-cı tura start verilib.

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Bəxtiyar Həsənalızadənin formasını geyindiyi “Tuzlaspor” “Boluspor”la qarşılaşıb. Bəxtiyarın komandası səfərdə rəqibini 1:2 hesabı ilə uduzub.

Meydana start heyətində çıxmış millimizin üzvü sona qədər oynayıb. “Tuzlaspor” 3 xalla turnir cədvəlində 17-ci pillədədir.

Xəbər xətti