Azərbaycan Ağır Atletika Federiyasının yeni prezidenti məlum olub.
Sportal.az xəbər verir ki, bu posta Kamran Nəbizadə seçilib. Vitse-prezident vəzifəsini isə Firdovsi Umudov yerinə yetirəcək.
Qeyd edək ki, AAAF-ın əvvəlki prezidenti İnam Kərimov, vitse-prezidenti isə Səbuhi Mehdizadə idi.