Avropa nəhəngləri "Fənərbaxça"nın futbolçusunu istəyir

15:37 - 30 Sentyabr 2023

"Fənərbaxça"nın futbolçusu Fərdi Kadıoğlu karyerasını Avropanın TOP klublarından birində davam etdirməyə yaxındır.

Sportal.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçinin xidmətində "Bavariya", Dortmund "Borussiya"sı və "Nyukasl" maraqlıdır. Bu barədə yerli media məlumat yayıb.

Adı çəkilən klublar mövsümün sonunda Türkiyə millisinin üzvü üçün "Fənərbaxça"ya rəsmi təklif göndərəcək. İstanbul klubu oyunçusunu 20 milyon avrodan aşağı qiymətə satmağı düşünmür.

Qeyd edək ki, "Fənərbaxça" Fərdi Kadıoğlunu 2018-ci ilin yayında "Neymeqen"dən transfer edib. Futbolçu cari mövsümdə komandanın heyətində meydana çıxdığı 10 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2026-cı ilin yayına kimidir.

Xəbər xətti