"Turan Tovuz" - "Qarabağ" oyununun biletləri satışda

16:55 - 19 Oktyabr 2023

Premyer Liqanın 10-cu turu çərçivəsində keçiriləcək “Turan Tovuz” – “Qarabağ” oyununun biletləri satışa çıxarılıb.

Sportal.az xəbər verir ki, biletləri bu gündən etibarən stadionunun kassasından əldə etmək mümkündür. 2 AZN-lik biletlərlə yanaşı məhdud sayda olan 5 AZN-lik VİP biletlər də satışdadır.

Qeyd edək ki, oyun 20 oktyabr tarixində, saat 18:30-da Tovuz şəhər stadionunda baş tutacaq. 

Xəbər xətti