Millinin sabiq üzvü: "O, xarakter göstərməli oldu"

22:22 - 27 Oktyabr 2023

"Mançester Yunayted"in keçmiş müdafiəçisi Rio Ferdinand "qırmızı şeytanlar"ın müdafiəçisi Harri Maquayrın hazırkı formasından danışıb.

Sportal.az xəbər verir ki, “Manchester Evening News”a danışan veteran futbolçu Harri barədə bunları deyib:

"Harri xarakter göstərməli oldu. O, əvvəllər heç vaxt belə vəziyyətə düşməmişdi, ona görə də buna düzgün reaksiya verməli idi. Aydındır ki, o, yaxşı məşq edib və özünü yaxşı formada saxlayıb. Əsas heyətə düşə bilmirsənsə, məhz bunu etməlisən. Bunu etmək olduqca çətindir, lakin Maquayr bacardı. Yenə fürsət düşdü, formada qalsa, hər şeyin yaxşı olacağına əminəm. Hazırda yaxşı durumdadır və baş məşqçi də ona şans verir".

Maquayre 2019-cu ilin avqustunda “Lester”dən “Mançester Yunayted”ə keçib. Onun müqavilə müddəti 2025-ci ilin yayına kimi nəzərdə tutulub.
 

Xəbər xətti