Xavyer Ernandes ABŞ-ın "Los Anceles Qaleksi" klubundan ayrılıb.
Sportal.az xəbər verir ki, bu barədə meksikalı hücumçu özü məlumat verib. 35 yaşlı forvard MLS təmsilçisi ilə başa çatan müqaviləsini yeniləməyib.
Qeyd edək ki, Xavyer Ernandes "Los Anceles Qaleksi"yə 2020-ci ilin yanvar ayında "Sevilya"dan keçmişdi. "Çiçarito" ləqəbli futbolçu komandanın heyətində meydana çıxdığı 83 rəsmi matçda 39 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.