“Milan”ın keçmiş futbolçusu Antonio Noçerino ABŞ-da işləyəcək.
Sportal.az “Calciomercato”ya istinadən xəbər verir ki, italiyalı “Mayami”nin ikinci komandasının baş məşqçisi olacaq.
Bu həftə tərəflər arasında rəsmi müqavilə imzalanacaq.
“Mayami”nin ikinci komandası USL-də çıxış edir. Bu isə ABŞ futbol sistemində ikinci ən vacib liqa hesab edilir.
İtaliya millisinin 38 yaşlı veteran futbolçusu "Yuventus", "Cenoa", "Palermo", "Vest Hem", "Parma", "Torino", "Orlando Siti" klublarında oynayıb.