AFFA millimizin sabiq üzvlərini təltif etdi - FOTO

21:03 - 16 Noyabr 2023

Uzun illər Azərbaycan milli komandasının şərəfini qorumuş, 2023-cü ildə peşəkar futbolçu karyerasını başa vuran veteran futbolçular təltif edilib.

Sportal.az xəbər verir ki, AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən Azərbaycan – İsveç oyunundan əvvəl Rahid Əmirquliyev, Elvin Məmmədov, Əfran İsmayılov, Rauf Əliyev və üzrlü səbəbdən tədbirdə iştirak etməyən Ruslan Abışov, həmçinin yığma karyerasını bitirən, amma klub səviyyəsində çıxışını davam etdirən Riçard Almeyda ölkə futbolunundakı xidmətlərinə görə Azərbaycan Respublikasının Gənclər və İdman naziri Fərid Qayıbov və AFFA-nın baş katibi Sərxan Hacıyev tərəfindən təltif ediliblər.

Onlara simvolik olaraq qızılı rəngdə çərçivəyə salınmış Azərbaycan milli komandasının formaları və xüsusi hədiyyə təqdim edilib.

Xəbər xətti