İsveçli ulduz: "Milli tarixinin ən bərbad oyunlarından biri idi"

14:22 - 17 Noyabr 2023

İsveç milli komandası Avro-2024-ün seçmə mərhələsi çərçivəsində Bakıda Azərbaycan yığmasına 0:3 hesabı ilə məğlub olub.

Sportal.az xəbər verir ki, skandinaviyalıların hücumçusu Emil Forsberq matçdan sonra açıqlama verib. "Leyptsiq"in futbolçusu Azərbaycana qarşı matçın milli tarixinin ən bərbar oyunu olduğunu deyib:

"Matçın əvvəlində Azərbaycan millisinə təzyiq etməyi bacarmadıq. Artıq 6-cı dəqiqədə hesab 0:2 idi. Əlbəttə, bu, böyük məyusluqdur. Yaxşı oynaya, pressinq tətbiq edə bilmədik. Fasilədə oyunu çevriməyi qarşımıza məqsəd qoysaq da, rəqibi təslim etmək mümkün olmadı. Milli tarixinin ən bərbad oyunlarından biri idi".

Xəbər xətti