"Qarabağ"ın rəqibi qalib gəldi

11:17 - 27 Noyabr 2023

Avropa Liqasının H qrupunda yer alan “Qarabağ”ın rəqiblərindən olan “Molde” ölkə çempionatında 29-cu turun matçına çıxıb.

Sportal.az xəbər verir ki, “Molde” səfərdə “Saprsborq 08”lə qarşılaşıb.

Matç “Qarabağ”ın rəqibinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Molde" 50 xalla 5-ci pillədədir.

Qeyd edək ki, cümə axşamı “Qarabağ” “Molde”nin qonağı olacaq və matça Bakı vaxtı ilə 00:00-da start veriləcək.

Xəbər xətti