"Barselona" Xavini istefaya göndərə bilər

13:34 - 28 Noyabr 2023

“Barselona”nın baş məşqçisi Xavi istefaya göndərilə bilər.

Sportal.az “AS” nəşrinə istinadən xəbər verir ki, onun Kataloniya klubundakı taleyi Çempionlar Liqasının “Porto” ilə oyununun nəticəsindən asılı olacaq.

Belə ki, bu görüşdə qeydə alınacaq uğursuz nəticədən sonra rəhbərlik Xavini istefaya göndərəcək.

Klub rəhbərliyi heç-heçəyə də razı olmayacaq.43 yaşlı mütəxəssisin “Barsa” ilə müqaviləsi 2025-ci il iyunun 30-na qədərdir.

Xəbər xətti