Hüseynov oynadı, komandası mərhələ adladı

21:22 - 5 Dekabr 2023

Azərbaycan milli komandasının üzvü Cəlal Hüseynovun formasını geyindiyi "Arda" Bolqarıstan kubokunda növbəti matçına çıxıb.

Sportal.az xəbər verir ki, onun komandası 1/8 mərhələsində "Liteks"lə görüşüb.

Qarşılaşma "Arda"nın 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Belədə, Hüseynovun komandası növbəti mərhələyə vəsiqə qazanıb. Azərbaycanlı müdafiəçi matça start heyətində çıxıb və sona qədər meydanda olub.

Xəbər xətti