"Sumqayıt"ın legioneri qayıtdı

11:18 - 7 Dekabr 2023

"Sumqayıt"ın müdafiəçisi İsa Suliman vaxtından əvvəl məşqlərə qayıdıb.

Sportal.az xəbər verir ki, Ankarada menisk yırtığı diaqnozu qoyulan pakistanlı əməliyyat edilib.

Amma o, ehtimal olunduğundan daha erkən ümumi qrupda məşqlərə qoşulub.

Tezliklə Sulimanın hazır olacağı və matçlarda da komandasına kömək edə biləcəyi gözlənilir.

Xatırladaq ki, 25 yaşlı futbolçu oktyabrın 21-də X turun “Sabah”la oyununda (1:3) zədələnmişdi.

Xəbər xətti