"Tottenhem" müdafiəçi Serxio Reqilonu icarəyə verib.
Sportal.az xəbər verir ki, London təmsilçisi ispan futbolçunu "Brentford"a göndərib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
27 yaşlı son cinah müdafiəçisi 2023/2024 mövsümünün ikinci yarısını "Brentford"da keçirəcək.
Qeyd edək ki, Serxio Reqilon mövsümün ilk yarısında icarə əsasında "Mançester Yunayted"də çıxış edib. O, "qırmızı şeytanlar"ın heyətində 12 rəsmi matçda meydana çıxıb.