"Qəbələ"dən ayrıldı, bu ölkəyə qayıtdı - FOTO

09:34 - 21 Yanvar 2024

"Qəbələ"nin yollarını ayırdığı Omar Hanni özünə yeni komanda tapıb. 

Sportal.az xəbər verir ki, iordaniyalı yarımmüdafiəçi Cənubi Kiprə qayıdıb. 

O, bu ölkənin yüksək liqa təmsilçisi olan “Doxa”(Drama) ilə müqavilə imzalayıb. 

Hanni 2021-ci ilin sentyabrında APOEL-dən (Nikosiya)“Qəbələ”yə keçmişdi. Bu müddət ərzində Omar 85 matçda iştirak edib, 4 qol vurmuşdu. 


 

Xəbər xətti