9 cüdoçumuz Qran Pridə mübarizəyə başlayır

11:17 - 26 Yanvar 2024

Yanvarın 26-da Portuqaliyanın Odivelas şəhərində cüdo üzrə Qran Pri turniri start götürür.

Sportal.az xəbər verir ki, yarışın ilk günündə 5 çəki dərəcəsində 9 cüdoçumuz tatamiyə çıxacaq.

Kişilər arasında -60 kq. çəkidə Balabəy Ağayev və Turan Bayramov, -66 kq. çəkidə Yaşar Nəcəfov və Kamran Süleymanov medallar uğrunda mübarizə aparacaq. Qadınlar arasında isə -48 kq. çəkidə Könül Əliyeva, -52 kq. çəkidə Aydan Vəliyeva və Gültac Məmmədəliyeva, -57 kq. çəkidə Fidan Əlizadə və Acelya Toprak güclərini sınayacaq.

Xəbər xətti