"Zirə" - "Sabah": Hansı futbolçular oynaya bilməyəcək?

19:26 - 26 Yanvar 2024

Azərbaycan Premyer Liqasının 20-ci turunda “Zirə” və “Sabah” klubları üz-üzə gələcək.

Sportal.az xəbər verir ki, “qartallar”In heyətində zədəli Rüstəm Əhmədzadə və Filip Paxtman meydana çıxmayacaq.

Amma diskvalifikasiyadan sonra Eldar Quliyev və Məqsəd İsayev “Sabah”a qarşı oynayacaq.“Sabah”da isə Kristian Sebalyos zədə səbəbindən matçı buraxacaq. Yon İrazabalın da iştirakı sual altındadır.

"Zirə" və "Sabah" komandaları sabah Zirə İdman Kompleksinin stadionunda saat 17:30-da üz-üzə gələcək.

Xəbər xətti