"Qarabağ" "Kəpəz"lə matçı azlıqda başa vuracaq - FOTO

16:42 - 27 Yanvar 2024

Azərbaycan Premyer Liqasının 20-ci turunda “Qarabağ” “Kəpəz”lə qarşılaşıb.

Sportal.az xəbər verir ki, matçın 84-cü dəqiqəsində “Qarabağ”ın futbolçusu Yasin Benzia zədələnərək meydanı tərk edib.

"Qarabağ" beş əvəzetmənin hamısını reallaşdırdığı üçün matçı 10 nəfərlə başa vurmağa məcbur olub.

Qeyd edək ki, əlcəzairli legioner qarşılaşmanın 76-ci dəqiqəsində Riçard Almeydanın əvəzinə meydana daxil olmuşdu. Benzia bu matçda məhsuldar ötürmə ilə yadda qalıb. 

 

Xəbər xətti