"Neftçi"nin yeni transferi: "Debüt oyunumda qol vurduğum üçün çox sevinirəm"

10:34 - 29 Yanvar 2024

"Neftçi"nin hücumçusu Brayan Moreno Premyer Liqanın 20-ci turunun "Qəbələ"(3:1) ilə görüşündən sonra klubun televiziya kanalına danışıb.

Sportal.az xəbər verir ki, kolumbiyalı forvard debüt matçında qol vurmasını şərh edib:

"Bilirdik ki, bizi çətin oyun gözləyir. Buna rəğmən üç xal qazanmalıydıq ki, turnir cədvəlindəki vəziyyətimizi daha da yaxşılaşdıraq. Bunu da bacara bildik. Debüt oyunumda qol vurduğum üçün çox sevinirəm. Allaha şükürlər olsun. Ümid edirəm ki, bu, vuracağım qolların başlanğıcıdır".

“Ağ-qaralar” qış fasiləsində Moreno ilə 1,5 illik müqavilə imzalayıb.

Xəbər xətti