İmaməliyev "Qarabağ"ın "Sabah"la matçdakı qələbəsi haqda: "Möcüzənin olması inandırıcı deyil"

15:34 - 31 Yanvar 2024

"Qarabağ" "Sabah"ı hər komponentlərdə üstələdi. Yaradılmış qol epizodlarından da maksimum istifadə etdilər və nəticədə böyük hesablı qələbə qazandılar. "Qarabağ"ın təzyiqi nəticəsində "Sabah" müdafiə planında çox sayda səhvlər buraxdı. Möcüzə olmasa əlbəttə ki, "Qarabağ" artıq növbəti mərhələdədir. Möcüzənin olması da inandırıcı deyil".

Bu sözləri Sportal.az saytına açıqlamasında Emin İmaməliyev deyib.

Ağdam klubunun veteran futbolçusu "Qarabağ"ın ölkə kubokunun 1/4 final mərhələsinin ilk görüşündə "Sabah"a 7:1 hesabı ilə qalib gəlməsini şərh edib. İmaməliyev "Qarabağ"ın bu mövsüm "qızıl dubl" edəcəyinə inandığını deyib: "Qarabağ" bu mövsüm "qızıl dubl" etməyə yaxındır. İnanıram ki, bunu bacaracaqlar. "Qarabağ"a qarşı klublarımız hər oyunda layiqli mübarizə aparırlar. Maraqlı oyunların şahidi oluruq. Düzdü, hazırda "Qarabağ"ın digər klublarla xal fərqi böyükdür. Amma buna baxmayaraq, çempionatın hər turu maraqlı keçir".

Sonda isə veteran futbolçu "Sabah"la görüşdə qol vuran Adama Diakabı barədə fikirlərini söyləyib: "Görünən odur ki, Adama komandaya tam uyğunlaşa bilməyib. Problem nədədir, onu deyə bilmərəm".

Mirbağırağa

Xəbər xətti