Klublararası dünya çempionatının vaxtı və yeri açıqlandı

21:52 - 29 Fevral 2024

2025-ci ildə təşkil olunacaq klublararası dünya çempionatının məkanı bəlli olub.

Sportal.az xəbər verir ki, turnir Amerika Birləşmiş Ştatlarının stadionlarında keçiriləcək. Bu barədə FİFA-nın saytı məlumat yayıb.

Turnir 2025-ci il iyunun 15-də başlayacaq, iyulun 13-dək davam edəcək.

Klublararası dünya çempionatı yenilənmiş formatda keçiriləcək. Yarışda 32 komanda iştirak edəcək.

Xəbər xətti