"Liverpul"dan Məhəmməd Salah üçün tarixi qərar

17:12 - 1 Mart 2024

"Liverpul" Səudiyyə Ərəbistanı klublarının transfer siyahısında olan Məhəmməd Salahla bağlı qərarını verib.

Sportal.az xəbər verir ki, Mersisayd təmsilçisi misirli ulduzu komandada saxlamaq üçün çox da israr etməyəcək. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Premyer Liqa klubu 31 yaşlı hücumçunu 100 milyon funt-sterlinqə (116 milyon avro) satmağa hazırdır. 

Salahın klubla müqaviləsi 2025-ci ilin yayına kimidir. "Liverpul" yayda təklifləri qəbul etməsə, futbolçu bir il sonra klubdan pulsuz ayrılacaq.

Qeyd edək ki, "Liverpul" Məhəmməd Salahı 2017-ci ilin yayında "Roma"dan transfer edib. Misir yığmasının üzvü komandanın heyətində meydana çıxdığı 333 rəsmi matçda 205 qol və 89 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti