Türkiyə klubu millimizin üzvünü buraxmaq istəmir, onunla maraqlanan klublar var

14:34 - 7 Mart 2024

Azərbaycan millisinin üzvü Coşqun Diniyev bu mövsümkü performansı ilə bir çox klubun "radar"ına düşüb.

Sportal.az saytına verilən məlumata görə, 28 yaşlı yarımmüdafiəçinin xidmətində Premyer Liqamızda mübarizə aparan əksər klublar maraqlıdır.

Millimizin üzvünün isə Türkiyədə qalmaq, legioner həyatına davam etmək istəyində olduğu bildirilir. Onun hazırkı klubu "Ümraniyespor" da Diniyevlə müqavilə müddətini artırmağı planlaşdırır.

Coşqun 2023-cü il iyulun 5-də bu klubla müqavilə imzalayıb və mövsümün sonuna qədər həmin komandaya məxsusdur. 
 

Xəbər xətti