"Çox istəyərdim ki, "Zirə"yə vurduğum qol komandaya üç xal gətirsin"

12:49 - 7 Mart 2024

"Turan Tovuz"un forvardı Belajdi Pusi Sportal.az saytına açıqlama verib.

Premyer Liqanın 25-ci turunun "Zirə" ilə matçında komandasının yeganə qolunu vuran albaniyalı forvard həm bu haqda danışıb, həm də "Turan Tovuz"un 26-cı turda "Araz-Naxçıvan"a qarşı keçirəcəyi görüşdən gözləntilərini bölüşüb:

"Artıq növbəti turdakı "Araz-Naxçıvan"la oyunu düşünürük. Çünki "Zirə" ilə görüş geridə qaldı. Həmin oyuna yaxşı başlamışdıq, qolumuzu da vurduq. "Zirə" qırmızı vərəqə ilə cəzalandırıldıqdan sonra matçda dominantlıq edən tərəf idik. Hər şey öz əlimizdə idi. Amma təəssüf ki, qalib gələ bilmədik. Futbolda hər şey olur. Artıq "Zirə" ilə oyun geridə qaldı, indi “Araz-Naxçıvan”la oyuna köklənməliyik.

Hər gün inkişaf edirik, bizim üçün vacib olan budur. Doğrudur, “Zirə” ilə matçda qol vurduğum üçün şadam. Amma çox istəyərdim ki, həmin qol komandaya üç xal gətirsin. Lakin təəssüf ki, cəmi bir xal qazana bildik. Ümid edirəm ki, qollarımın davamı gələcək və “Araz-Naxçıvan”la matçda biz istədiyimiz üç xalı əldə edəcəyik. Ancaq Azərbaycan çempionatında heç bir oyun asan alınmır. Bu dəqiqdir".

Xəbər xətti